ELM VƏ TƏHSİL


Təhsil Nazirliyinin binası Azərbaycan bayrağına bürünüb

Bakı, 13 oktyabr, AZƏRTAC 

Təhsil Nazirliyinin binası üçrəngli Azərbaycan bayrağına bürünüb. İdarənin binasının pəncərələrindən bayraqlar asılıb.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən bildirilib. Qeyd olunub ki, nazirliyin binasında bayraqların asılması ordumuzun vacib qələbələr qazandığı bu əlamətdar günlərdə milli həmrəyliyin rəmzi olmaqla yanaşı, həm də böyük zəfərə inamın təzahürüdür. İşğalçı Ermənistanın təxribatına layiqli cavab verən qüdrətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz sözünü deyir, qəsbkar düşmənə öz yerini göstərir. Otuz ilə yaxındır işğal altında olan torpaqlarımızın və strateji əhəmiyyətli yüksəkliklərin azad olunması işinin davam etdirilməsi, düşmənin xeyli canlı qüvvəsi və döyüş texnikasının məhv edilməsi Azərbaycanın güclü ordusu olduğunu bir daha göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.