ELM VƏ TƏHSİL


Təhsil Nazirliyinin kollegiyası müəyyənləşib

Bakı, 21 iyul, AZƏRTAC

Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının tərkibi haqqında” qərarında dəyişiklik edib.

AZƏRTAC xəbər verir ki, dəyişikliyə əsasən, Təhsil Nazirliyinin kollegiyasının sayı yeddi nəfərdən ibarət olacaq. Bununla bağlı Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov qərar imzalayıb. Qərara əsasən, təhsil naziri Ceyhun Bayramov kollegiyanın sədri təyin edilib. Təhsil nazirinin müavinləri – Firudin Qurbanov, Məhəbbət Vəliyeva, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Təhsil Nazirliyi Aparatının rəhbəri Muxtar Məmmədov, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini Yaqub Piriyev kollegiyanın üzvləri təyin olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.