ELM VƏ TƏHSİL


Təhsil Nazirliyinin rəsmisi müəllimlərin işə qəbulu imtahanında tətbiq edilən yeniliklərdən danışıb

Bakı, 7 iyul, AZƏRTAC

Təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas mərhələsi – test imtahanı iyulun 14-dən 22-dək keçiriləcək.

Əvvəlki illərin təcrübəsinə əsaslanaraq və namizədlərin çoxsaylı müraciətlərini nəzərə alaraq imtahan müddətini hər fənn üzrə 90 dəqiqədən 120 dəqiqəyədək artırmışıq.

AZƏRTAC xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov “Təhsil masa”sında söyləyib. O bildirib ki, namizədlər arasında daha rəqabətli mühitin formalaşdırılması, yerləşdirilmə zamanı daha obyektiv seçim edilməsi üçün səhv cavablandırılan suallar düzgün cavablara təsir edəcək.

Yerləşdirilmə zamanı ilkin seçimdə şəhid ailələrinin üzvlərinə üstünlük veriləcək.

Ucqar kənd məktəblərində uzun müddət çalışan namizədlərin yerləşdirilmə mərhələsində onların topladıqları bal əmsalla hesablanacaq, yəni onlara bir artım şamil olunacaq. Bununla da ucqar kənd məktəblərinə olan vakant yerlərin kadr təminatında əhəmiyyətli irəliləyişə nail olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.