ELM VƏ TƏHSİL


Təhsil Nazirliyinin tabeliyindəki məktəblərin yetirmələri Avropa çempionatında yüksək nəticə göstəriblər

Bakı, 22 iyun, AZƏRTAC

Bolqarıstanın Samokov şəhərində yeniyetmələrin sərbəst və Yunan-Roma güləşi üzrə keçirilmiş Avropa çempionatında yığma komandanın tərkibində Təhsil Nazirliyinin tabeliyindəki uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri uğurla çıxış ediblər.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Yunan-Roma güləşi üzrə keçirilən yarışlarda birinci yerə çıxan yığma komandamızın tərkibində “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Fərid Xəlilov bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

Sərbəst güləş idman növü üzrə “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirmələri Musa Verdiyev, Cavid Cavadov və Əbdülrəhman İbrahimov Avropa çempionatının gümüş, Abşeron Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Zenfira Həşimova isə yeniyetmə qızlar arasında Avropa çempionatının bürünc medalına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.