ELM VƏ TƏHSİL


Təhsil Nazirliyinin yeni layihəsi olan “Vətəndaş saatı”nda

Bakı, 22 aprel, AZƏRTAC

Aprelin 26-da saat 16:00-da Təhsil Nazirliyinin yeni layihəsi olan "Vətəndaş saatı" yayımlanacaq.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu dəfə 2021-2022-ci tədris ili üçün birinci sinfə qəbulla bağlı vətəndaşların ən çox müraciət etdikləri suallara aydınlıq gətiriləcək. #VətəndaşSaatı Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

Mövzuya dair sualları nazirliyin feysbuk səhifəsindəki müvafiq postun altında rəy bölməsində qeyd etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.