İDMAN


“Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə zona yarışları keçiriləcək

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 22-dən 30-dək “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə şəxsi respublika çempionatının zona yarışları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Quba İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində təşkil ediləcək yarışda 6-14 və 16 yaşadək oğlan və qızlar güclərini sınayacaqlar.

Turnirdə finala hər yaş qrupundan 2 vəsiqə uğrunda Quba, Sumqayıt, Xaçmaz, Şabran, Xızı, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının hər birindən 6 qız və 6 oğlan şahmatçı mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.