Təhsil Tələbə Krediti Fondu BDU-da abituriyentlər üçün ixtisas seçimi ilə bağlı seminar keçirəcək
AzerTAg.az
Bakı, 5 iyul, AZƏRTAC
Təhsil Tələbə Krediti Fondu (TTKF) iyulun 16-da Bakı Dövlət Universitetində (BDU) abituriyentlər üçün “İxtisasın sənin gələcəyindir” adlı seminar keçirəcək.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Seminarda abituriyentlər I, II, III, IV, V ixtisas qrupları barədə məlumatlandırılacaq, onlara gələcək peşə fəaliyyətinin formalaşması üçün məsləhətlər veriləcək, sualları cavablandırılacaq.
Eyni zamanda, kodlaşdırma məsələsi ilə bağlı vacib məqamlar vurğulanacaq. “İxtisas seçimi necə edilir?”, “İxtisas seçimi zamanı nələrə diqqət etmək lazımdır?”, “İxtisas seçimində edilən səhvlər nədir?”, “İmtahandan bir həftə əvvəl necə hazırlaşmalı?” və bu kimi digər mövzular ətrafında maraqlı müzakirələr aparılacaq.

Xəbərin mətnində orfoqrafik səhv var