ELM VƏ TƏHSİL


“Təhsil avtobusu-2018” yay məktəbi yekunlaşıb

Bakı, 27 iyul, AZƏRTAC

“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində həyata keçirilən “Təhsil avtobusu–2018” yay məktəbi başa çatıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, iyulun 17-dən başlanan layihə çərçivəsində Bakı-Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edilib və yay məktəbində 5 bölgənin 18 kənd, 17 şəhər məktəbindən dərs göstəricisi orta və zəif olan ümumilikdə 140-a yaxın şagird iştirak edib. Bu məktəblər sırasında ucqar kəndlərdə tikilən modul tipli məktəblər də olub.

Yay məktəbi müddətində şagirdlər “Mənim uğurlu karyeram”, “Kommunikasiya”, “Robotlarla iş”, “Sığorta” adlı təlimlərdə iştirak ediblər və “Nə? Harada? Nə zaman?” intellektual oyunu, “Code Tusi” komanda oyununa qatılıblar. Həmçinin hər bir bölgədə şagirdlər üçün “Ekspo 2025 Bakı” layihəsinin təqdimatı keçirilib.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun reallaşdırılan layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.

Qeyd edək ki, 2016 və 2017-ci ildə keçirilən “Təhsil avtobusu” yay məktəbləri çərçivəsində 16 gün ərzində 4 min kilometr yol qət edilib. Yay məktəbinə Bakı və 10 rayonun (Lənkəran, Quba, Gəncə, Şəki, Masallı, Cəlilabad, Sabirabad, Mingəçevir, İsmayıllı, Zaqatala) 12 şəhər və 13 kənd-qəsəbə məktəbi, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 400-dən çox şagird və tələbəsi cəlb olunub. Təlimçi və ekspertlər tərəfindən 150 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.

Yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, “Engin” LTD MMC, “Kapital Bank”, “Ekspo 2025 Bakı” layihəsinin əsas dəstəyi, “Bakcell”, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, “1news.az”, “Azərbaycan İntellektual Klublar Assosiasiyası”, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Code Tusi”, “Edumap” Təhsil portal, “Edutainment.az”, “Engineering For Kids”, “SABAH” qrupları, “Şərq-Qərb” ASC, “Təhsil TV və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə reallaşdırılır.

Layihənin rəsmi informasiya dəstəkçiləri “1news.az”, “ARB TV” və “Təhsil TV”-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.