ELM VƏ TƏHSİL


Təhsil haqqı tələbə kreditinin maksimal məbləğindən çox olduqda yaranan fərq tələbə tərəfindən ödəniləcək

Bakı, 27 iyul, AZƏRTAC

Standart və sosial təhsil tələbə krediti üzrə kredit məbləğinin yuxarı həddini Təhsil Tələbə Krediti Fondunun Himayəçilik Şurası Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla təsdiq edir. Təhsil haqqı təhsil tələbə kreditinin maksimal məbləğindən çox olduqda, yaranan fərq tələbə tərəfindən təhsil müəssisəsinə ödəniləcək.

AZƏRTAC xəbər verir ki, bu, “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda öz əksini tapıb.

Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydaya əsasən, Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına tələbələrə təhsil tələbə kreditinin verilməsinə dair tələblər, təhsil tələbə kreditinin verilməsi proseduru, təhsil tələbə krediti üzrə hüquqların əldə olunması və kreditin qaytarılması, habelə təhsil tələbə krediti ilə bağlı digər məsələlər tənzimlənir.

Xatırladaq ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev 2021-ci il iyunun 17-də “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.