ELM VƏ TƏHSİL
Təhsil idarəçiləri və tələbələr yeni texnologiyalar barədə məlumatlandırılıb
Bakı, 2 iyul, AZƏRTAC
Təhsil İnstitutunun təşkilatçılığı ilə “SABAH Magistratura” proqramı çərçivəsində “Təchizat zəncirlərində qeyri-müəyyən gələcəyin idarə edilməsi” adlı vebinar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, vebinarın spikeri Massaçusets Texnologiya İnstitutunun Nəqliyyat və Logistika Mərkəzinin icraçı direktoru Kris Kaplis olub. O, təqdimatında yeni yaranan texnologiyalar, sosial tendensiyalar, daim dəyişən iqtisadi və siyasi mənzərələrə qarşı təchizat zəncirinin rəhbərlərinin uğuru təmin etmək üçün qeyri-müəyyənlikdən necə keçə biləcəkləri barədə danışıb. Həmçinin bu sahədə belə şirkətləri daim dəyişən və gözlənilməz bir gələcəyə daha yaxşı hazırlamaq üçün istifadə oluna biləcək bəzi alətlər və üsullar müzakirə edilib.
Yüzdən çox təhsil idarəçisi, işçi, sənaye sahəsinin nümayəndəsi və tələbənin qatıldığı tədbirin sonunda spiker iştirakçıların suallarını cavablandırıb.