ELM VƏ TƏHSİL


Təhsil işçiləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Bakı, 21 noyabr, AZƏRTAC 

Təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin əməkdaşları, məktəbdənkənar təhsil müəssisələrinin rəhbər heyəti, xüsusi nailiyyətləri ilə seçilən idmançılar Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün mövcud pandemiya ilə əlaqədar sosial təhlükəsizlik qaydaları gözlənilməklə Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin məzarları üzərinə qərənfillər düzülüb, bütün şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla anılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.