ELM VƏ TƏHSİL


Təhsil işçiləri “Şagird-məzun” sistemindəki yeniliklər barədə məlumatlandırılıb

Bakı, 2 dekabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşları tərəfindən Qarabağ, Mərkəzi Aran və Dağlıq Şirvan regional təhsil idarələrinin və tabeliklərində rayon təhsil sektorlarının məsul şəxsləri, həmçinin ümumi təhsil məktəblərinin "Şagird-məzun" sistemi üzrə əlaqələndiriciləri üçün 2022/2023-cü tədris ili üzrə təqvim planı və digər məsələlərlə bağlı seminarlar keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, Dövlət informasiya resursları departamentinin Ümumi təhsil pilləsində yekun attestasiya və təhsil müəssisələrində məzunların qeydiyyatı sektorunun müdiri Rəfail Məmmədov “Şagird-məzun” sistemindəki yeniliklər və onlardan istifadə qaydaları barədə seminar iştirakçılarına ətraflı məlumat verib.

Görüşdə təqvim planına uyğun olaraq görüləcək işlər müzakirə edilib və iştirakçıların sualları cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.