ELM VƏ TƏHSİL


Təhsil işçiləri Şuşaya səfər ediblər

Bakı, 10 may, AZƏRTAC

Bir qrup təhsil işçisinin Şuşaya səfəri təşkil olunub.

Bu barədə AZƏRTAC-a Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Birinci Beynəlxalq Kulinariya Festivalı çərçivəsində baş tutan səfərin əsas məqsədi Şuşa şəhərində mövcud vəziyyətlə, şəhərin tarixi-mədəni irsi ilə, eləcə də görülən abadlıq-quruculuq işləri ilə tanış olmaqdan ibarətdir.

Təhsil işçiləri Cıdır düzü, Qala divarları, Yuxarı və Aşağı Gövhərağa məscidləri, Gəncə qapısı, şəhərin simvolları olan Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış digər mədəniyyət abidələri və yaşayış binalarını ziyarət ediblər.

Səfər iştirakçıları Vətən müharibəsində şəhid olmuş qəhrəmanların ruhlarını ehtiramla yad ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.