ELM VƏ TƏHSİL


Təhsil işçiləri arasında futbol çempionatına start verilib

Bakı, 22 aprel, AZƏRTAC 

Təhsil işçiləri arasında futbol üzrə Bakı şəhər çempionatına start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, çempionat Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) və BŞTİ-nin birgə təşkilatçılığı ilə keçirilir.

Aprelin 22-də keçirilən çempionatın ilk günündə BŞTİ-nin futbol komandası Nizami rayon komandasına 10:4 hesabı ilə qalib gəlib.

Çempionatın nəticələrinə əsasən, ilk 3 yeri tutan komandalar müvafiq qaydada mükafatlandırılacaq.

Ənənəvi olaraq hər il keçirilən çempionatın əsas məqsədi təhsil işçilərinin idmana marağını daha da artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək, sağlam və aktiv həyat tərzinin təbliğini genişləndirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.