ELM VƏ TƏHSİL
Təhsil işçiləri innovativ pedaqoji texnologiyalar barədə məlumatlandırılıb
Bakı, 3 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) “İnnovativ pedaqoji texnologiyalar” mövzusunda növbəti seminar keçirilib. Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
ARTİ-nin direktor müavini, pedaqoji elmlər doktoru Ənvər Abbasov seminarda təhsil, təlim və pedaqoji texnologiyalar, onların qarşılıqlı əlaqəsi və fərqləri, pedaqoji texnologiyaların prinsipləri və s. haqqında məlumat verib. Şagirdlərlə müəllimlər arasında vacib olan pedaqoji ünsiyyətin mahiyyəti və reallaşdırma üsulları barədə söylənən fikirlər təhsil işçilərinin böyük marağına səbəb olub.
Təhsil işçiləri üçün bu cür seminarların ilin sonuna qədər mütəmadi olaraq təşkil edilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:58]
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]