ELM VƏ TƏHSİL


“Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsinin müsahibə mərhələsində 96 namizəd iştirak edib

Bakı, 11 iyul, AZƏRTAC

“Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsi çərçivəsində regionlar üzrə namizədlər üçün müsabiqənin sonuncu mərhələsi keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, layihənin üçüncü – müsahibə mərhələsində 19 və daha yuxarı bal toplayan 96 namizəd iştirak edib. Namizədlərin nəticələri ilə bağlı məlumatlar iyulun sonunadək onların onlayn ərizədə qeyd etdikləri elektron poçt ünvanlarına göndəriləcək.

Bakı şəhərindən olan namizədlər üçün müsahibə mərhələsi yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, müsabiqədə iştirak üçün 744 nəfər qeydiyyatdan keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.