Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Təhsil milli və ümumbəşəri dəyərlərə əsaslanır

Təhsil milli və ümumbəşəri dəyərlərə əsaslanır

Bakı, 4 iyul, AZƏRTAC

Ölkələrin təhsil sistemi elmi-texniki tərəqqidən və vətəndaş cəmiyyətinin sosial tələbatından asılı olaraq formalaşır. Cəmiyyətin strateji vəzifəsi kimi qəbul edilən təhsil sahəsi demokratik prinsiplər əsasında inkişaf edir. Təhsil sektoru milli və ümumbəşəri dəyərlərə əsaslandığı kimi, hər şeydən öncə bu sahənin inteqrasiyası, ictimai, elmi-dünyəvi xarakter daşıması da inkişafın əsas elementlərindəndir. Təhsilin inkişafı, həm də ölkənin inkişaf konsepsiyasının tərkib hissəsidir. Dövlətimizin təhsil siyasətinin formalaşdırılması və inkişafı ilə bağlı reallaşan önəmli dövlət proqramları dövlət siyasətinin mühüm strateji istiqamətidir. Qloballaşan dünyanın çağırışlarına uyğun olaraq, təhsil sisteminin yüksək səviyyəyə qaldırılması, təhsilin modernləşdirmə, müasirləşdirmə mərhələsinə mütərəqqi layihələrlə can atan dövlətimizin başlıca hədəflərindəndir. Sürətli tərəqqi yolunda olan respublikamızda təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi yönündə yeni hədəflərin müəyyənləşdirilməsi və təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması prioritet vəzifə kimi qarşıda durur. Bu baxımdan Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiqlənməsi barədə 2013-cü il 24 oktyabr tarixli Sərəncamı böyük əhəmiyyətə malikdir. Sərəncamda dövlətimizin inkişaf konsepsiyasına uyğun olaraq, strategiyamızda davamlı, dayanıqlı və rəqabətqabiliyyətli inkişafı təmin edən, insan kapitalının inkişafına önəm verən, insan resurslarının yetişdirilməsini və idarəedilməsini gerçəkləşdirən müasir təhsil sisteminin yaradılması ön plana çəkilir. Bu konseptual sənəddə ölkəmizdə beynəlxalq standartlara cavab verən təhsil sisteminin inkişaf istiqamətləri, başlıca hədəfləri dəqiq müəyyənləşdirilib, təhsil işçiləri qarşısında yeni, məsul vəzifələr qoyulub.

Təhsilin inkişafı üzrə Dövlət Strategiyası çoxşaxəli fəaliyyət və inkişaf proqramıdır

Təhsil sahəsinin inkişafı üçün proqramlaşdırılan Dövlət siyasəti bu sahənin keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur. Əlbəttə, ölkənin uğurlu təhsil siyasətinin formalaşması və həyata keçirilməsində, mütərəqqi məqsədlərə nail olmaq üçün pedaqoji kadrlar və onların hazırlayan təhsil sistemi xüsusi əhəmiyyətə malikdir. Belə ki, bu baxımdan bütün növ təhsil sisteminə - ali, orta və orta-ali, peşə və digər təhsil sisteminə yanaşma, beynəlxalq təcrübəyə uyğun, yeni təlim texnologiyaları və informasiya vasitələrindən professional səviyyədə istifadə olunması və bu yöndə prinsiplərin müəyyənləşdirilməsi, habelə idarəetmə sisteminin təkmilləşdirilməsi və digər bu kimi məsələlərinin həlli böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin təhsil sisteminin şəffaflaşdırılması ilə bağlı imzaladığı növbəti 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda təhsil sisteminin bütün pillələrinin yeniləşməsi ilə bağlı mərhələlərlə həyata keçiriləcək tədbirlər sistemi öz əksini tapıb. Hazırda başlıca vəzifə bütün fəaliyyətimizi nəzərdə tutulmuş tədbirlərin məqsədyönlü şəkildə həyata keçirilməsinə yönəltməkdən ibarətdir. Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Aqiyə Naxçıvanlı bu Sərəncamın şərhinə dair qələmə aldığı “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası çoxşaxəli fəaliyyət və inkişaf proqramıdır” sərlövhəli yazısında Sərəncamdan irəli gələn məsələlərin həlli və uğurlu təhsil sisteminin inkişaf meyarları haqqında fikirlərini bölüşür. Professor Aqiyə Naxçıvanlı bildirir ki, Dövlət Strategiyasında qarşıya qoyulan hədəflərdən biri də distant təhsil, təlim- tərbiyə işinin differensiallaşdırılması, inklüziv təhsilə yeni münasibətlə bağlıdır. Differensiallaşdırmanın tərkib hissəsi olan inklüziv təhsilin təşkili sahəsində bütün növ təhsil ocaqlarının fəaliyyəti tədbirlər planına uyğun olaraq daha da genişləndiriləcək.

“Dövlət Strategiyasında ali məktəblərin təhsil – tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi, ali təhsil pilləsinin hər bir səviyyəsi üçün ixtisaslar üzrə standartların hazırlanması və tətbiqi nəzərdə tutulur. Elm kimi təhsilin də qloballaşması, elmlə təhsilin vəhdətinin ön plana çıxması yaşadığımız dünyanın reallıqlarındandır. Bu baxımdan xarici ölkələrin qabaqcıl təhsil ocaqları ilə elm-təhsil əlaqələri, təhsil sistemləri arasında inteqrasiya, qabaqcıl təcrübənin, innovasiyaların öyrənilməsi, tətbiqi zəruri vəzifə kimi qarşıda dayanır. Təhsil sahəsində maliyyələşdirmənin dayanıqlı və adekvat olmasını təmin edən, səmərəli və nəticəyönümlü yeni modelinin qurulması da Dövlət Strategiyasında nəzərdə tutulan ümdə məsələlərdən biridir. Hazırda təhsil ocaqlarında müəllim peşəkarlığının inkişafı üçün stimulların yaradılması, əməkhaqqı və maddi həvəsləndirmə sisteminin təkmilləşdirilməsi üzrə işlər aparılır. Şübhə yoxdur ki, stimullaşdırıcı mexanizmlərin tətbiqi müəllimlərin peşəkarlığının, səriştəlilik səviyyəsinin yüksəldilməsinə, sağlam rəqabətin formalaşmasına müsbət təsir edəcək, hər bir təhsilverənə öz işinə tənqidi yanaşmaq imkanı yaratmaqla inkişaf perspektivlərini göstərəcək və nəticə etibarilə müəllim əməyinin keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq”,- deyə A. Naxçıvanlı Dövlət Strategiyasını şərh edərkən bildirir.

İnformatika üzrə dünya olimpiyadası Bakıda keçiriləcək

Ölkəmizdə müasir dünya standartlarına cavab verən təhsil sisteminin inkişafı və bu sistemin beynəlxalq səviyyəyə qaldırılması üçün Dövlət proqramlarının icrası, müvafiq vəzifələrin yerinə yetirilməsi təhsil sahəsinin yeniləşməsinə, müəllim nüfuzunun artmasına, cəmiyyətdə kreativ təhsil düşüncəsinin formalaşmasına təkan verəcək, ölkəmizin hərtərəfli inkişafının davamlı və dayanıqlı olmasını təmin edəcək. Beləliklə, müasir təhsil sisteminin inkişafını ən yüksək səviyyəyə çatdırmaq üçün infrastruktur işləri tamamilə tənzimlənməli, müasir texniki vasitələrlə təmin olunmuş təhsil ocaqları yaradılmalı, güclü elmi-pedaqoji kadrların formalaşdırılması üçün müvafiq addımlar atılmalıdır. Sadalanan zəruri addımlardan sonra artıq təhsildə mütərəqqi dəyişikliklərin baş verəcəyini gözləmək olar.

Ölkəmizdə son beş il ərzində təhsil sahəsində görülən işlərdən, qazanılan nailiyyətlərdən söz açan təhsil nazirinin müavini Firudin Qurbanov bildirir ki, təhsil sistemində islahatlar nəticəsində 15 yaşdan yuxarı əhali arasında savadlılıq səviyyəsi, ibtidai təhsilə nail olma, ibtidai təhsili başa vurma səviyyəsi demək olar ki, 100 faizə çatdırılıb. Təhsilin keyfiyyətinə təsir edən ən vacib amillərdən biri erkən yaş inkişafı ilə bağlıdır.

“Ali təhsilə qəbul onların sayı 2013-cü ildəki 145 mindən artaraq 162 minə, ali təhsilin bakalavr pilləsindən magistr pilləsinə qəbul olanların sayı 2013-cü ildəki 35 mindən artaraq 44 minə çatıb. Hazırda təhsildə qızların sayı da üstünlük təşkil edir. Müəllimlərin 82 faizi, tələbələrin isə 46 faizi qadındır. Bu gün əsas məqsədimiz universitetlərdə tələbələrin startap hərəkatlarına töhfə vermək, iş yerlərini yaratmaq psixologiyasını formalaşdırmaqdır. Bu gün təhsilimizin transformasiyası sosial-mədəni potensial xarakteri alıb”, - deyə nazir müavini əlavə edib.

Bəli, təsadüfi deyil ki, 2019-cu ildə informatika üzrə şagirdlər arasında dünya olimpiadası Bakıda keçiriləcək. Artıq ölkəmizdə bunun üçün hazırlıq işlərinə başlanılıb.

Prezident İlham Əliyev bu məsələyə böyük önəm verərək qeyd edir: “Təhsillə bağlı qarşımızda duran bütün vəzifələri gerçəkləşdirməyə nail olmaq üçün bizə, ilk növbədə, peşəkarlar lazımdır. Hansısa mühüm bir istiqamətə peşəkar kadr gələn kimi, biz o saat müsbət dinamika görürük... Müasir dünyada ölkənin uğurunu biliklər, elm, texnologiyalar və təhsil müəyyən edir...”

Məktəb tikintisi prioritet sahələrdən biridir

Ölkəmizdə milli tərəqqinin inkişafı təhsilin, intellektual əməyin inkişafından asılı olduğu kimi, eləcə də informasiya texnologiyalarının bütün idarəetmə səviyyələrində geniş tətbiqindən də asılıdır. Dövlətimizin uğurlu təhsil siyasəti, eyni zamanda, bu sahədə qabaran bir sıra problemlərin həllinə yönəlib. Bu baxımdan müasir standartlara cavab verən məktəblərin tikintisinə də xüsusi diqqət yetirilir. Dövlətimizin başçısı dəfələrlə deyib ki, Azərbaycanda bir dənə də olsun köhnə məktəb qalmayacaq. Doğrudan da, son dövrlərdə təkcə paytaxt Bakıda deyil, ölkəmizin bütün regionlarında yeni məktəblər inşa edilir, köhnə məktəblərə yeni korpuslar tikilir, məktəblərimiz öz simasını dəyişərək Avropa standartlarına uyğunlaşdırılır. Bu gün Azərbaycanda məktəb tikintisi prioritet sahələrdən biridir və bu sahədə bir neçə Dövlət Proqramı qəbul edilib. Əldə etdiyimiz məlumata görə, son illər Azərbaycanda yeni tikilən, əlavə korpuslar inşa edilən, əsaslı təmir olunan məktəblərin sayı 3 minə yaxındır. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun təşəbbüsü ilə 300-dən çox məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilmiş, köhnə məktəblər əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir.

Ümumiyyətlə, ölkədə təhsillə bağlı bütün məsələlərə diqqətin ayrılması dövlətimizin sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Ona görə də təhsilin bütün istiqamətlər üzrə proporsional inkişafı ciddi investisiya tələb edən məsələ olduğundan dövlətin son illərdəki maliyyə imkanları bu sahədə qlobal layihələrə başlamağa münbit şərait yaradıb. Tarixən cəmiyyətin təhsil və öyrənmək istəyi həmişə olub, hər zaman da olacaq. Bu mənada insan elm və biliyin yeni nəsillərə ötürülməsi ilə sivilizasiyanın ən ucalıqlarına çata bilər. Bu təcrübənin gələcək nəsillərə ötürülmə missiyası təhsilin üzərinə məsuliyyətli öhdəliklər qoyur. Çünki güclü təhsil gələcəyə yol açır, gələcəyi bizə gətirir. Cəmiyyətin təməlləri təhsilin üzərindədir. Mükəmməl təhsil, həm də mükəmməl cəmiyyət deməkdir. Hər iki dəyər millətin inkişafına və intibahına xidmət edir.

Flora Şükürova,

AZƏRTAC-ın müxbiri

Yazı, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildönümü ilə əlaqədar keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub