İQTİSADİYYAT
Təhsil müəssisələri əsaslı təmir ediləcəkdir
Bakı, 26 noyabr (AZƏRTAC). Dövlət Proqramına uyğun olaraq, 2013-cü ildə Bakının Səbail rayonundakı 7 və 163 nömrəli orta məktəblərin binalarının əsaslı təmiri nəzərdə tutulmuşdur.
Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, proqram çərçivəsində rayon ərazisindəki 190 nömrəli orta məktəb binasının akt və idman zalı, 157 nömrəli uşaq bağçasının binası əsaslı təmir olunacaqdır.
Rayon ərazisindəki 70 nömrəli uşaq bağçası binasının da əsaslı təmiri nəzərdə tutulmuşdur. Bağça kollektivinin müraciəti nəzərə alınmış, musiqi zalı və əlavə 3 otağın tikintisi planlaşdırılmışdır.
Bağça binasının layihələndirilməsi üzrə işlər artıq başa çatmış, yaxın zamanda tikinti işlərinə başlanılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]