ELM VƏ TƏHSİL


Təhsil müəssisələrində Anım Günü ilə bağlı tədbirlər keçiriləcək

Bakı, 26 sentyabr, AZƏRTAC

Təhsil müəssisələrində 27 Sentyabr - Anım Günü ilə bağlı tədbirlər təşkil ediləcək.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bütün təhsil müəssisələrində bu günə həsr olunan dərslər keçiriləcək.

Həmçinin təhsil müəssisələrində Anım Günü ilə bağlı konfrans, seminar, mühazirə, dəyirmi masa, vebinar, açıq dərslər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri, yaradıcılıq müsabiqələri və intellektual oyunların keçirilməsi planlaşdırılır.

Eləcə də məktəblilər arasında idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.