ELM VƏ TƏHSİL


Təhsil müəssisələrində Milli Dirçəliş Günü silsilə tədbirlərlə qeyd olunub

Bakı, 17 noyabr, AZƏRTAC 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində 17 noyabr - Milli Dirçəliş Günü ilə əlaqədar tədbirlər keçirilib.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, ümumtəhsil müəssisələrində məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə Milli Dirçəliş Gününə həsr olunan konfrans, “dəyirmi masa”, seminar və mühazirələr təşkil edilib. Həmçinin şagirdlər arasında rəsm, bədii qiraət, inşa yazı müsabiqələri keçirilib, məktəblilərin əl işlərindən ibarət sərgilər təşkil olunub.

Tədbirlərdə şagirdlərə Azərbaycanın müstəqillik tarixi və Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verilib. Bu günün Azərbaycan xalqının istiqlaliyyət uğrunda apardığı mübarizənin əsas mərhələlərindən olduğu vurğulanıb. Ulu öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan bəhs olunub. Həmçinin ölkəmizdə gedən inkişaf prosesi və Azərbaycanın bölgədə lider dövlətə çevrilməsi haqqında danışılıb.

Tədbirlərdə Milli Dirçəliş Günü ilə bağlı videoçarxlar nümayiş olunub, ulu öndər Heydər Əliyevin tarixi çıxışı dinlənilib. Şagirdlər müstəqillik və vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Milli Dirçəliş Günü ilə əlaqədar keçirilən müsabiqələrin qalibləri təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.