ELM VƏ TƏHSİL


Təhsil müəssisələrində distant tədrisin təşkili təcrübəsi araşdırılıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Təhsil İnstitutu tərəfindən cari ilin aprel-iyun aylarında ali və orta ixtisas məktəblərində distant tədrisdə öyrənmə nəticələrinin araşdırılmasına dair sorğu və müsahibələr aparılıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, professor-müəllim heyəti, tədris işlərinə məsul heyət və tələbələr arasında keçirilən sorğuların əsas məqsədi mövcud vəziyyətin araşdırılması, problem və çətinliklərin müəyyən edilməsi, tədris prosesinin keyfiyyətinin artırılması üçün müvafiq tövsiyələrin verilməsi olub. Belə ki, professor-müəllim heyətindən 3059, tədris işlərinə məsul heyətdən 465, tələbələrdən 41366 nəfər sorğu anketlərini doldurub. Müsahibələr vasitəsilə ali və orta ixtisas təhsili müəssisələrinin pandemiya zamanı distant tədrisin təşkili təcrübəsi daha dərindən araşdırılıb. Ümumilikdə 21 təhsil müəssisəsinin distant tədrisin təşkili üzrə məsul nümayəndələri ilə iyun ayında müsahibələr aparılıb.

Hazırda sorğuların və müsahibələrin analiz prosesi davam edir. Analiz prosesi bitdikdən sonra nəticələr ictimaiyyətə açıqlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.