Təhsil müəssisələrində narkomaniyaya qarşı maarifləndirmə işi davam etdirilir
AzerTAg.az
Bakı, 28 iyul, AZƏRTAC
Antinarkotik təbliğatın daha da gücləndirilməsi və genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən birgə imzalanmış Tədbirlər Planına uyğun olaraq, bir sıra təhsil müəssisələrində maarifləndirmə işi davam etdirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, cari ilin iyul ayı ərzində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanıb, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar əks olunan 19 ədəd yeni sosial lövhə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim olunub.
Təqdim edilmiş sosial lövhələrin Bakı şəhəri üzrə fəaliyyət göstərən 19 ümumtəhsil məktəbində quraşdırılması təşkil edilib.



Xəbərin mətnində orfoqrafik səhv var