ELM VƏ TƏHSİL


Təhsil müəssisələrinə verilən internet xidmətinin təhlükəsizliyi müzakirə edilib

Bakı, 17 dekabr, AZƏRTAC

Elm və təhsil nazirinin müavini Muxtar Məmmədov “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı “Cisco” şirkəti ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində Azərbaycanda təhsil sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verilib. Eyni zamanda, təhsil müəssisələrinə verilən internet və intranet xidmətlərinin təhlükəsizliyi, zərərli məzmun süzgəclənməsinin təmin edildiyi diqqətə çatdırılıb.

Elm və Təhsil Nazirliyi ilə “Cisco” şirkəti arasında əməkdaşlığın davam etdirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə qurulmaqda olan təhsil müəssisələri üzrə əməkdaşlıq, “Cisco DevNet” tədris laboratoriyasının azərbaycanlı təhsilalanlar üçün təqdim edilməsi, “Cisco” şəbəkə akademiyalarının sayının artırılması və yeni texnoloji həllərin tədris prosesinə inteqrasiyası məsələləri də müzakirə edilib.

Qeyd edək ki, ölkə üzrə ümumilikdə 4331 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmaqla intranet və internetə çıxışla təmin edilib. Onlardan 1235 təhsil müəssisəsi fiber-optik, 2008 təhsil müəssisəsi simsiz LTE, 1088 təhsil müəssisəsi isə ADSL rabitə kanalı vasitəsilə qoşulub. Təhsil müəssisələrində şəbəkənin idarə olunması və paylanmasında “Cisco” həllərindən istifadə olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.