Təhsil müəssisələrinin yataqxanalarında təhsilalanların sayı yenidən nəzərdən keçiriləcək
AzerTAg.az
Bakı, 11 sentyabr, AZƏRTAC
Təhsil müəssisələrinin nəzdindəki yataqxanalarda qalacaq təhsilalanların sayı yenidən nəzərdən keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” ilə əlaqədar Təhsil Nazirliyinin keçirdiyi onlayn mətbuat konfransında nazirin müşaviri Rüstəm Ağayev deyib. O bildirib ki, müvafiq qərara əsasən, müəyyən edilmiş sosial məsafə tələblərinin tətbiqinə imkan verən sayda təhsilalana xidmət göstəriləcək, onların otaqlarını dəyişməsinə icazə verilməyəcək. Təhsilalanların qaldığı otaqlara eyni otaqda qalanlar istisna olmaqla, kənar şəxslərin daxil olmaması üçün nəzarət ediləcək. Yataqxananın girişlərində dezinfeksiya vasitəsi yerləşdiriləcək, sosial məsafə və gigiyena qaydalarına riayət ediləcək, çarpayılar azı 1,5 metr məsafə ilə yerləşdiriləcək.
Yataqxanalarda yoluxucu xəstəlik əlamətləri aşkar edilənlərin müvəqqəti təcrid edilməsi üçün azı iki çarpayılıq izolyasiya otağı daimi olaraq təchiz edilmiş vəziyyətdə saxlanılacaq.

Xəbərin mətnində orfoqrafik səhv var