ELM VƏ TƏHSİL


Təhsil naziri Ceyhun Bayramov: Prezidentin sərəncamları təhsilə göstərilən qayğının daha bir təzahürüdür

Bakı, 19 iyun, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev təhsil sahəsinə daim xüsusi diqqət və qayğı göstərir. Bu sahənin inkişafı istiqamətində çox səmərəli tədbirlər, layihələr reallaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu fikri Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə müsahibəsində söyləyib.

Ceyhun Bayramov Prezident İlham Əliyevin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” və “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” 2019-cu il 18 iyun tarixli sərəncamlarının əhəmiyyətindən danışıb və qeyd edib ki, bu, müəllimlərə göstərilən diqqət və qayğının daha bir təzahürüdür.

Müəllimlik peşəsinin nüfuzunun gündən-günə yüksəldiyini vurğulayan nazir ali məktəblərə tələbə qəbulu zamanı bu peşəni seçən gənclərin sayının daha da artdığını söyləyib.

Ceyhun Bayramov Prezident İlham Əliyevin “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” 2019-cu il 10 iyun tarixli və “Azərbaycan Respublikasında təhsil müəssisələrinin qazlaşdırılması haqqında” 2019-cu il 11 iyun tarixli sərəncamlarının əhəmiyyətini də diqqətə çatdırıb.

Təhsil müəssisələrində tədris şəraitinin yaxşılaşdırıldığını deyən nazir bu istiqamətdə işlərin davam etdiriləcəyini, yeni məktəb binalarının tikiləcəyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.