ELM VƏ TƏHSİL


Təhsil naziri: Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi vacibdir

Bakı, 27 fevral, AZƏRTAC

Fevralın 26-da Təhsil Nazirliyi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar onlayn anım mərasimi keçirib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra soyqırım qurbanları ilə bağlı videoçarx nümayiş olunub.

Anım mərasimində çıxış edən təhsil naziri Emin Əmrullayev Xocalı soyqırımı qurbanlarına və bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, hər birinin əziz xatirəsinin həmişə uca tutulduğunu qeyd edib. Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayan nazir XX əsrin ən dəhşətli hadisəsi olan Xocalı soyqırımı haqqında təhsil müəssisələrində aparılan maarifləndirici işlərə toxunub. Emin Əmrullayev 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan qələbədən, torpaqlarımızın işğaldan azad edilməsindən də söz açıb.

Tədbir bədii hissə ilə davam etdirilib. Mərasimdə yerli və xarici bəstəkarların əsərləri səsləndirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.