ELM VƏ TƏHSİL


Təhsil naziri IX sinif şagirdinə baş çəkib

Bakı, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 10-da Təhsil naziri Emin Əmrullayev üç gün əvvəl müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Bakı şəhəri 313 nömrəli tam orta məktəbin şagirdi Solmaz Hacıyevaya baş çəkib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, məktəblinin müalicəsinin gedişi ilə maraqlanan nazir E.Əmrullayev şagirdin valideynləri və həkimlərlə görüşərək onlarla söhbət edib.

E.Əmrullayev şagirdin tez sağalması və normal həyata qayıtması üçün lazımi dəstək göstəriləcəyini bildirib, ona Allahdan şəfa diləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.