ELM VƏ TƏHSİL


Təhsil naziri: Məktəb monitorinqlərinin həyata keçirilməsi vacibdir

Bakı, 21 sentyabr, AZƏRTAC

Son 8 ildə məktəb direktorlarının seçilməsində və təyinatında xeyli işlər görülüb. Növbəti mərhələlərdə əsaslı dəyişikliklər edilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev Bakı şəhəri üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransında söyləyib. Nazir bildirib ki, məktəb monitorinqlərinin həyata keçirilməsi vacibdir. Məsələ jurnalların yazılıb-yazılmamasını yoxlamaqdan ibarət deyil. Ən başlıcası olaraq, şagirdlər öyrənir, ya öyrənmir meyarları əsas götürüləcək. İlk mərhələdə monitorinqlər Bakı, Sumqayıt və Abşeron məktəblərini əhatə edəcək və ictimaiyyətə təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.