ELM VƏ TƏHSİL


Təhsil naziri Mingəçevir şəhərində vətəndaşları qəbul edib

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 29-da təhsil naziri Ceyhun Bayramov Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində Ağdaş, Yevlax, Bərdə rayonları və Mingəçevir şəhər sakinlərini qəbul edib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə C.Bayramov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda qeyd edilən rayonlarda və şəhərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Nazir C.Bayramov qəbula yazılmış vətəndaşların müraciət və təkliflərini diqqətlə dinləyib. Vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, tələbə köçürülməsi, təhsil sənədlərinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər. Əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.