ELM VƏ TƏHSİL


Təhsil naziri: Müəllimlərin işə qəbulunda 7718 vakant yer müsabiqəyə çıxarılıb

Bakı, 4 avqust, AZƏRTAC

Son 3 ildə 27 min 197 nəfər müəllimlərin işə qəbulu müsabiqəsi nəticəsində işlə təmin olunub.

AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ili üzrə keçirilmiş müəllimlərin işə qəbulu imtahanları ilə bağlı sualları cavablandırarkən deyib. O bildirib ki, 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulunda 7718 vakant yer müsabiqəyə çıxarılıb.

Xatırladaq ki, 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə iyulun 5-də start verilib . İmtahanlar avqustun 4-də yekunlaşıb. Avqustun 3-dən etibarən Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində iştirak edən namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilib. Vakansiya seçimi prosesi avqustun 6-sı saat 10:59-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.