ELM VƏ TƏHSİL
Təhsil naziri: Növbəti tədris ilindən tələbələr üçün yeni layihələrin icrası planlaşdırılır
Bakı, 15 iyul, AZƏRTAC
Təhsilalanların müasir ixtisaslara və peşə bacarıqlarına yiyələnməsi əsas fəaliyyət istiqamətlərimizdən biridir. Növbəti tədris ilindən tələbələr üçün müasir peşələr üzrə mütəxəssislərin hazırlanması ilə bağlı yeni layihələrin icrası planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər təhsil naziri Emin Əmrullayevin şəxsi feysbuk səhifəsində yayımladığı paylaşımda yer alıb.
Nazir qeyd edib ki, dövlət-özəl tərəfdaşlığına əsaslanacaq bu layihələrin reallaşması üçün yerli və xarici şirkətlərlə əməkdaşlıq imkanları dəyərləndirilir. Bu istiqamətdə qabaqcıl təcrübəni tətbiq edən “Code Academy” şirkəti ilə informasiya texnologiyaları sahəsində müasir biliklərə malik mütəxəssislərin yetişdirilməsində əməkdaşlıq edəcəyik.