ELM VƏ TƏHSİL


Təhsil naziri: Orta məktəb dərslikləri sadələşdiriləcək VİDEO

Bakı, 1 mart, AZƏRTAC

Orta məktəb dərslikləri sadələşdiriləcək. Bunun üçün mütəxəssislərlə müzakirələr aparılır.

AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, artıq 1, 2 və 3-cü sinif dərslikləri yenilənib. Bu dərsliklər bizi qane edir. 4-cü sinif dərslikləri isə bu il pilot olaraq istifadəyə veriləcək. Nazir qeyd edib ki, dərsliklərin sadələşdirilməsi onların bəsitləşdirilməsi demək deyil. Bu, dərsliklərin daha anlaşıqlı və oxunaqlı olmasına xidmət edir. Dərsliklərin bəsitləşdirilməsi isə birbaşa məzmununun təhrif olunması deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.