ELM VƏ TƏHSİL


Təhsil naziri Qubada vətəndaşları qəbul edəcək

Bakı, 12 may, AZƏRTAC

Təhsil naziri Emin Əmrullayev mayın 13-də Quba şəhərində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında qeydiyyatda olan sakinləri qəbul edəcək. Qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbulda müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan şəxslər iştirak edə bilərlər.

Qeyd edək ki, təhsil nazirinin Qubada keçiriləcək qəbulunda mayın 4-dən 10-dək nazirliyin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron və rəsmi vatsap xidmətinə (0512067848) müraciət etmiş şəxslər iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.