REGİONLAR


Təhsil naziri Samuxda məktəb açılışında iştirak edib

Samux, 22 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Sentyabrın 22-də Samux rayon İnstitut qəsəbə tam orta məktəbin yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.

Açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və Samux Rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.

Məktəbdə yaradılmış şəraitlə tanış olan Emin Əmrullayev daha sonra təhsil müəssisəsinin kollektivi ilə söhbət aparıb.

Qeyd edilib ki, yeni istifadəyə verilən 960 şagird yerlik məktəb binasında 30 sinif otağı, 6 laboratoriya, gənclərin çağırışaqədərki hərbi hazırlıq, məktəbəhazırlıq kabineti, STEAM otağı, kitabxana və oxu zalı, informatika otağı, 160 yerlik yeməkxana, akt və idman zalı fəaliyyət göstərir.

Məktəb binası videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri ilə tam təmin edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.