ELM VƏ TƏHSİL


Təhsil naziri: Sertifikasiyanın hansı prinsip və ardıcıllıqla keçirilməsi ilə bağlı müzakirələr aparılır

Bakı, 2 dekabr, AZƏRTAC

Müəllimlərin sertifikasiyadan keçirilməsi prosesinin yubanmasına əsas səbəb pandemiya şəraitidir. Bu imtahanlar davamlı və uzunmüddətli olur. İmtahanlar arasında hər hansı fasilənin olmasını istəmirik.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib: “Pandemiyaya yoluxma sayı azalandan və daha dayanıqlı vəziyyətə çatdıqdan sonra müəllimlərin sertifikasiyaya cəlb olunması prosesinə başlanılacaq. Sertifikasiyanın hansı prinsip və ardıcıllıqla keçirilməsi ilə bağlı müzakirələr aparılır. Bu prosesin mövcud qanunvericiliyə uyğun olaraq keçirilməsi planlaşdırılır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.