ELM VƏ TƏHSİL


Təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

Bakı, 11 dekabr, AZƏRTAC

Təhsil naziri Ceyhun Bayramov dekabrın 20-də saat 10.00-da Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Xızı, Qubadlı rayonlarının və Sumqayıt şəhərinin sakinlərini qəbul edəcək.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçiriləcək qəbulda Xızı rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşlar dekabrın 11-dən 17-nə kimi (saat 18.00-dək) bu qurumun Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.