ELM VƏ TƏHSİL


Təhsil naziri Türkiyənin Nişantaşı Universitetinin rektoru ilə görüşüb

Bakı, 21 noyabr, AZƏRTAC

Təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Nişantaşı Universitetinin rektoru Şenay Yalçın ilə görüşüb. Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Emin Əmrullayev 44 gün davam edən Vətən müharibəsinin şanlı zəfərlə yekunlaşdığı bu dövr ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı təcavüzü, müxtəlif şəhər və rayonlara raket zərbələri endirilməsi nəticəsində 10 məktəblinin həlak olduğu, 16 məktəblinin yaralandığı və 50 təhsil müəssisəsinin dağıntılara məruz qaldığı barədə məlumat verib.

Nazir Nişantaşı Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Gəncəni ziyarət etməsini və orada Ermənistanın hücumlarını pisləyən bəyanat səsləndirməsini yüksək qiymətləndirib.

Nişantaşı Universitetinin rektoru Şenay Yalçın Ermənistanın təcavüzünü pislədiyini və Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bir daha ifadə edib. Rektor münaqişədən zərərçəkmiş ailələrdən olan gənclər üçün rəhbərlik etdiyi ali təhsil müəssisəsi tərəfindən təhsil təqaüdlərinin ayrılmasının nəzərdə tutulduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.