ELM VƏ TƏHSİL


Təhsil naziri məktəblərdə tədris proqramının dərs ili başa çatmadan bitməsinə aydınlıq gətirib

Bakı, 14 iyun, AZƏRTAC

Təhsil naziri Ceyhun Bayramov ümumtəhsil müəssisələrində tədris proqramının dərs ili başa çatmadan bitməsinə münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında üç il bundan əvvəl ölkəmizdə dərs ili müddətinin iki həftə uzadıldığını xatırladıb. “Bununla bağlı həmin müddət üçün tərtib olunan dərsliklərin, eləcə də müəllimlər üçün metodiki vəsaitin hamısı 34 dərs həftəsi üçün hesablanıb. Hələ dərs ilinin uzadılmasından əvvəl hazırlanan dərsliklərlə bağlı Təhsil Nazirliyinin nəzdində Təhsil İnstitutu xüsusi tövsiyələr hazırlayaraq bütün rayon təhsil şöbələrinə, həmçinin məktəblərə materialın 34 həftə ərzində şagirdlərə təqdim edilməsi barədə geniş məlumatlar verib”, - deyə nazir bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.