ELM VƏ TƏHSİL


Təhsil naziri məzunları təbrik edib

Bakı, 14 iyun, AZƏRTAC

Təhsil naziri Ceyhun Bayramov məzunları təbrik edib. Bu barədə məlumat AZƏRTAC-a Təhsil Nazirliyindən verilib.

Təbrikdə deyilir: “Əziz məzunlar! Sizi, müəllim və valideynlərinizi bu unudulmaz gün münasibətilə ölkəmizin bütün təhsil işçiləri və şəxsən öz adımdan təbrik edir, ən xoş arzularımı bildirirəm.

Siz yeni arzularla gələcəyə hədəflənirsiz. Yeni həyat yolu Sizə məqsəd və imkanlarınızı birləşdirmək amalı bəxş edir. Bu amalla da ilk növbədə Vətənə, xalqa, insanlara xidmət vəzifəsi ilə müxtəlif həyat yollarını seçirsiniz. Əminəm ki, əldə etdiyiniz bilik və bacarıqlar, seçdiyiniz vətəndaş mövqeyi və dəyərlər sizə həyat yolunda töhfə verəcək.

Sizin hər biriniz bizim üçün dəyərli və əvəzolunmazsınız!

Yeni həyat mərhələsində sizə uğurlar arzulayıram!”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.