ELM VƏ TƏHSİL


Təhsil nazirinin Mingəçevirdəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Bakı, 22 iyun, AZƏRTAC

Təhsil naziri Emin Əmrullayevin iyunun 24-də Mingəçevir şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu iyunun 28-nə keçirilib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək. Vətəndaşlar qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.

Qeyd edək ki, qəbulda Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarında qeydiyyatda olan sakinlər, eləcə də qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin iştirakı nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.