ELM VƏ TƏHSİL


Təhsil nazirinin müavini: 2020-2021-ci tədris ili uğurlarla yadda qaldı

Bakı, 14 iyun, AZƏRTAC

2020-2021-ci tədris ili digər tədris illərindən fərqli keçdi. Tədris ili pandemiya ilə bağlı olaraq tam əyani şəklidə başlamadı, tədris ilinin ilk ayında Vətən müharibəsi başlandı və 44 gündən sonra Zəfərlə başa çatdı. Həm pandemiya, həm də müharibə tədrisin tam əyani təşkilində müəyyən fasilələr yaratdı.

Bunu təhsil nazirinin müavini Muxtar Məmmədov 220 nömrəli məktəb-liseydə keçirilən “Son zəng” tədbirində AZƏRTAC-a müsahibəsində deyib.

O bildirib ki, Təhsil Nazirliyi tədrisin davamlılığının təmin olunması istiqamətində mühüm addımlar atdı. Şagirdlərin təhsil ala bilməsi üçün tədris məsafədən təşkil olundu. Tədrisə dəstək məqsədilə teledərslərin yayımı davam etdirildi. Şagirdlərimizin yerli və beynəlxalq olimpiadalarda, bilik yarışlarında əldə etdiyi nəticələr göstərir ki, 2020-2021-ci tədris ili uğurları ilə yadda qalıb. Şagirdlərin uğurları onu göstərdi ki, rastlaşdığımız çətinliklər öyrənməyin qarşısını ala bilmədi.

Xatırladaq ki, 2020-2021-ci tədris ilində respublikanın ümumi təhsil məktəblərinin XI siniflərini 84 min 69 şagird bitirir. Onlardan 38 min 461 nəfəri qız, 45 min 608 nəfəri oğlandır. Tədris ilində respublika üzrə ümumi təhsil məktəblərində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 min 580 nəfər uşaq başa vurub.

2021-2022-ci tədris ilində respublika üzrə 158 min 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.