ELM VƏ TƏHSİL


Təhsil nazirinin müavini Beyləqan rayonunda

Bakı, 5 dekabr, AZƏRTAC

Dekabrın 5-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Beyləqan rayonuna səfər edib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, M.Vəliyeva səfər çərçivəsində Beyləqan şəhəri 8 nömrəli tam orta məktəbdə olub. Nazir müavini məktəbin müəllimləri ilə görüşüb, təhsil ocağında yaradılmış şəraitlə tanış olub və dərs prosesini izləyib.

Məlumat verilib ki, məktəbdə təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Təhsil müəssisəsində əyani vəsaitlə təchiz olunan fənn laboratoriyaları qurulub. Xarici dil otaqlarının, kimya, fizika və biologiya üzrə fənn laboratoriyalarının olduğu məktəbdə informatika kabineti də kompüter avadanlığı ilə təchiz edilib. Məktəbin kitabxanası dərsliklər və dərs vəsaitləri ilə təmin olunaraq şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir qurğular quraşdırılıb.

Sonra nazir müavini Beyləqan rayonu I Aşıqlı kənd tam orta məktəbində müəllim və şagirdlərlə söhbət aparılıb, tədris prosesində interaktiv təlim metodlarından istifadənin əhəmiyyəti diqqətə çatdırılıb, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün atıla biləcək uğurlu addımlar müzakirə edilib.

Rəylər dinlənilib, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.