ELM VƏ TƏHSİL
Təhsil nazirinin müavini Biləsuvarda gənc müəllimlərlə görüşüb
Bakı, 24 yanvar, AZƏRTAC
Yanvarın 24-də Təhsil nazirinin müavini Firudin Qurbanov Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində gənc müəllimlərlə görüşüb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Biləsuvar və Neftçala rayon ümumtəhsil məktəblərinin gənc müəllimləri iştirak ediblər.
Görüşdə nazir müavini müasir dövrdə müəllimdən tələb olunan keyfiyyətlərdən danışıb. O, müəllim və şagird arasında səmimi ünsiyyətin yaradılmasını, müasir texnologiya və tədris metodlarından istifadə imkanlarının vacibliyini vurğulayıb.
F.Qurbanov təhsil sahəsində əldə edilən nailiyyətlərdən və görülən işlərdən də ətraflı söz açıb.
Sonra fikir mübadiləsi aparılıb.