ELM VƏ TƏHSİL


Təhsil nazirinin müavini Kürdəmirdə məktəb açılışında iştirak edib

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də əsaslı təmir olunmuş Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib. Mərasimdə nazir müavini Məhəbbət Vəliyeva, Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov və məktəb direktoru iştirak ediblər.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu məktəb 1250 şagird yerlikdir. Hazırda məktəbdə 1174 şagird təhsil alır. Təhsil müəssisəsində 35 sinif otağı, 3 laboratoriya, 2 informatika, 2 texnologiya kabineti, 2 məktəbəqədər hazırlıq qrupu üçün otaq, 10 inzibati otaq, 64 yerlik bufet, yeməkxana, 180 yerlik akt zalı və idman zalı var.

Məktəb üçün iki geniş, açıq və qapalı idman meydançaları da istifadəyə verilib. Mərasimdən sonra qonaqlar məktəbin sinif otaqları, fənn kabinetləri, laboratoriya və idman zalı ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.