ELM VƏ TƏHSİL
Təhsil nazirinin müavini Masallı rayonunda
Bakı, 7 mart, AZƏRTAC
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsinə səfəri çərçivəsində Masallı rayonunda olub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Məhəbbət Vəliyeva tədris ocaqlarının vəziyyəti ilə tanış olub, təhsil işçiləri, şagird və valideynlərlə görüşüb. Öncə rayonun Şıxlar 2 kəndində tikintisi davam edən modul tipli məktəbə baxış keçirən nazir müavini sonra Qəriblər kənd tam orta məktəbində olub.
Məhəbbət Vəliyeva Masallı şəhər “Dəfinə” məktəb-liseyində müəllimlərin dərsdən sonra şagirdlərlə təmənnasız məşğul olmalarını yüksək qiymətləndirib, bunun əsl müəllim və vətəndaş mövqeyi olduğunu deyib. Belə halların Masallının digər məktəblərində də həyata keçirildiyindən məlumatlı olduğunu bildirib.
Nazir müavini Masallı şəhər 4 nömrəli Digah tam orta məktəbdə rayonun təhsil uğurları ilə tanış olub, idmançı məktəblilərlə görüşüb. Valideynlərlə söhbət edən Məhəbbət Vəliyeva onların təkliflərini dinləyib, valideyn-məktəb işbirliyinin vacibliyindən danışıb. Sonra nazir müavini həmin məktəbdə rayonda yerləşən təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. Görüşdə bir sıra məsələlər müzakirə edilib.
Məhəbbət Vəliyeva, eyni zamanda, rayonun Uşaq-Gənclər İnkişaf Mərkəzində olub, mərkəzin kollektivi ilə görüşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]