REGİONLAR


Təhsil nazirinin müavini: Son illər təhsil müəssisələrinin 72 faizi yenilənib

Qax, 13 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Son illər digər sahələrdə olduğu kimi, təhsil sistemində də ciddi islahatlar həyata keçirilir. Təhsil sahəsi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ən çox diqqət göstərdiyi prioritet istiqamətlərdən biridir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, son illər təhsil müəssisələrinin 72 faizi yenilənib, 3200-dən çox yeni məktəb binası tikilib və ya əsaslı təmir edilib. Şagird kontingenti az olan ucqar kəndlərdə 250 modul tipli məktəb quraşdırılıb. Məktəblərin tikintisi və təmiri təhsil mühitinin yaxşılaşmasına yönəlib. Görülmüş tədbirlər nəticəsində təxminən bir milyonadək şagirdin təhsil şəraiti yaxşılaşacaq.

AZƏRTAC-ın bölgə müxbiri bu barədə Təhsil nazirinin müavini İdris İsayev Qaxın Əlibəyli kəndində yeni məktəb binasının açılışı mərasimində jurnalistlərə müsahibəsində məlumat verib.

Bu istiqamətdə tədbirlərin davamlı olaraq həyata keçirildiyini vurğulayan nazir müavini bildirib ki, cari ildə 84 məktəb binasının tikintisi başa çatdırılacaq. Bu məktəblərdən 50-si modul tiplidir. Məktəb binalarının 43-ü yeni tədris ilinin başlanğıcınadək kollektivlərə təhvil veriləcək.

Təhsil xərclərinin də ilbəil artdığını qeyd edən İdris İsayev deyib ki, büdcədən təhsil xərclərinə ayrılan vəsait 2003-cü ilə nisbətən 10 dəfəyə yaxın artıb. Müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi üçün ciddi tədbirlər həyata keçirilir. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqları ötən dövrdə iki dəfədən çox artıb. Yeri gəlmişkən, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə sentyabrın 1-dən dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşları 20 faiz artırılır.

Nazir müavini əməkhaqlarının artımının bundan sonra da davam etdiriləcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.