REGİONLAR


Təhsil sahəsində çalışan mühasibatlıq işçiləri təlimlərə cəlb ediliblər

Naxçıvan, 19 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işində çalışanların mövcud biliklərinin artırılması və ixtisaslarının təkmilləşdirilməsi istiqamətində işləri davam etdirir.

Mərkəzdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, fevralın 16-19-da keçirilən dördgünlük təlimdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 12 nəfər maliyyə-mühasibat işçisi iştirak edib. Təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.

Gündəliyə uyğun olaraq mərkəzin direktoru Mehriban İmanova təlimin aktuallığı və mahiyyəti barədə danışıb. Təlimin ilk günü Naxçıvan Şəhər İcra Hakimiyyətinin sektor müdiri–baş mühasibi Elvin Əlimərdanovun “Büdcə təşkilatlarında maliyyə hesabatlarının hazırlanması mərhələləri” adlı məruzəsi dinlənilib. O, əməliyyat jurnallarında qeydiyyatın aparılması, dövriyyə cədvəllərinin hazırlanması, maliyyə hesabatlarının tərtib edilməsi qaydaları barədə danışıb.

Təlimin ikinci günündə mərkəzin direktoru Mehriban İmanova “Büdcə təşkilatlarında maliyyə hesabatlarının tərtib edilməsinin praktiki izahı” mövzusu ilə bağlı iştirakçılara ətraflı məlumat verib və müvafiq praktiki tapşırıqlar yerinə yetirilib.

Növbəti günlərdə “Büdcə təşkilatlarında vergi uçotunun təşkili” adlı mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin auditi şöbəsində böyük dövlət vergi müfəttişi İsmayıl Bağırov çıxış edib. Onun təqdimatında vergi bəyannamələrinin, hesabatların tərtib edilməsi və göndərilməsi qaydaları dinləyicilərə çatdırılıb. Maliyyə Tədris Mərkəzinin əməkdaşı Zəhra İsmayılovanın “Büdcə təşkilatlarında əmək münasibətlərinin hüquqi tənzimlənməsi” mövzusu ilə bağlı çıxışında əmək müqaviləsi, müqavilədə yer alan şərtlər, iş vaxtının tənzimlənməsi qaydası və qanunvericiliyə müvafiq olaraq digər maddələrin izahı verilib.

Sonda peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsi olub və iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.