ELM VƏ TƏHSİL


Təhsil sahəsində işləməyə marağı olan gənclər üçün təcrübə proqramı təşkil ediləcək

Bakı, 5 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) ali məktəbin son kursunda təhsil alan bakalavr, magistr tələbələri və yeni məzun olanlar üçün təcrübə təşkil edəcək.

Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, təcrübə proqramında öyrənməyə, təcrübə qazanmağa, eləcə də təhsil sahəsində işləməyə marağı olan gənclər iştirak edə bilərlər.

Namizədə aid tələblər:

- Ali təhsil;

- “MS Office” proqramları üzrə bacarıqlar;

- Azərbaycan dili və ingilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;

- Tədqiqat, tənqidi düşüncə və analitik düşünmə bacarıqları;

- Təşkilatçılıq bacarıqları;

- Kollektivlə işləmək və effektiv ünsiyyət bacarıqları;

- Təhsil sahəsinə maraq;

- Təşəbbüskarlıq və innovativlik.

Müsahibə nəticəsində seçilən təcrübəçi 3-6 ay müddətinə keçiriləcək təcrübə proqramı çərçivəsində aşağıdakı fəaliyyətlərin həyata keçirilməsində iştirak edəcək:

- İnnovativ məzmunun hazırlanmasında dəstək və iştirak;

- Tədqiqat və innovasiyalar ilə bağlı təlimlərin/konfransların təşkil olunması;

- Təhsil tədqiqatlarının aparılması;

- Təhsil problemlərinə innovativ həll yollarının tapılmasında dəstək;

- Biznes planın/modelin hazırlanması və layihə məhsullarının kommersiyalaşdırılmasında iştirak;

- Layihə təkliflərinin verilməsi və müxtəlif layihələrin icrasında dəstək;

- Tapşırılan digər fəaliyyətlərin icrasının həyata keçirilməsi.

Təcrübə proqramına qoşulmaq istəyən namizədlərdən öz CV və motivasiya məktublarını ingilis və ya Azərbaycan dillərində avqustun 14-dək “Təcrübə proqramı” başlığı (subject) ilə [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.