Təhsil sistemində elmi tədqiqatlara və inkişaf layihələrinə ayrılan xərclər artırılacaq
AzerTAg.az
Bakı, 29 iyul, AZƏRTAC
Elmi tədqiqat və inkişaf layihələrinə ayrılan xərclərin ümumi daxili məhsulda payı dünya üzrə orta səviyyəyə çatdırılacaq. Bu məqsədlə təhsil sistemində elmi tədqiqatlara və inkişaf layihələrinə ayrılan xərclər artırılacaq və rəqabətli əsasda layihələr maliyyələşdiriləcək. Elmi tədqiqat və inkişaf layihələrinin maliyyələşməsinə dair yeni mexanizmlər tətbiq olunacaq.
AZƏRTAC xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.
Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 22-də “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Xəbərin mətnində orfoqrafik səhv var