ELM VƏ TƏHSİL


“Təhsil vloqeri” müsabiqəsinin qalibləri müəyyənləşib

Bakı, 16 iyun, AZƏRTAC

Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Təhsil vloqeri” müsabiqəsinin qalibləri müəyyənləşib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə ümumilikdə 400-ə yaxın müraciət daxil olub. Müsabiqənin münsiflər heyəti tərəfindən təqdim edilən materialların təhlili aparılıb. Nəticələrə əsasən, Bakı şəhəri 136 nömrəli tam orta məktəbin STEAM müəllimi Sürət Mehdiyev və Gəncə şəhər Səməd Vurğun adına 41 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Arzu Kərimov müsabiqənin qalibləri elan edilib.

Müsabiqə qalibləri mükafatlandırılacaqlar.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd fərqli ideyaları və innovativ təşəbbüsləri ilə seçilən, maraqlı tədris mühiti formalaşdıraraq şagirdlərinin sevimlisinə çevrilən müəllimlərin ictimaiyyətə tanıdılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.